Hakan Fidan Çində səfərdədir
Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan Çin Xalq Respublikasına səfəri davam edir. Çinli həmkarı Van İnin dəvəti əsasında baş tutan səfər çərçivəsində Hakan Fidanın Çinin dövlət rəsmiləri ilə də görüşləri olub. Səfər çərçivəsində H. Fidan Sincan Uyğur muxtar bölgəsində də olub.
Fhnews.az Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Hakan Fidan Çinin Vitse-prezidenti Han Cen və çinli həmkarı Van İ ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər, eləcə də dünyada baş verən münaqişələr müzakirə olunub.
Sonra Hakan Fidan ilə Van İ mətbuata birgə açıqlama veriblər. Hakan Fidan açıqlamasında Asiyanın iki qədim mədəniyyətinə sahib Çin və Türk millətinin bölgənin təkanverici qüvvəsi olduğunu, bu baxımdan hər iki ölkənin firavanlıq, sülh və sabitliyi inkişaf etdirmək əzminin xüsusi əhəmiyyət daşıdığını deyib.
Çində keçirdiyi görüşlərin əhatəli və məhsuldar olduğunu qeyd edən Fidan ticarət, eləcə də Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, turizmin artırılması kimi məsələləri müzakirə etdiklərini deyib. İqtisadiyyatın iki ölkə arasındakı əlaqələrin mühüm sütununu təşkil etdiyini, ötən il qarşılıqlı ticarət həcminin 48 milyard dollara çatdığını bildirən Hakan Fidan, Çinin Türkiyənin Asiyada ilk, dünyada isə üçüncü ən böyük ticarət tərəfdaşı olduğunu bildirib.
Türkiyə olaraq qarşılıqlı əməkdaşlıq mexanizmlərini işlək hala gətirmək istədiklərini qeyd edən Fidan, bu mövzuda çinli həmkarı ilə həmfikir olduqlarını və bu məqsədlə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşekin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Hökumətlərarası Əməkdaşlıq Komitəsi”nin həmsədri vəzifəsinə təyin edildiyini bildirib.
Görüşlərdə dünyada baş verən qarşıdurmalar, o cümlədən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri, bu qarşıdurmaların dərhal dayandırılması istiqamətində atıla bilinəcək addımların da müzakirə olunduğu bildirilib.
Türkiyənin XİN başçısı Pekində “Çin və Qloballaşma Mərkəzi” adlı düşüncə mərkəzində “Dəyişən dünya nizamında Türkiyə-Çin münasibətləri” mövzusunda çıxış edib, Türkiyənin Pekindəki səfirliyində Çində yaşayan türklərlə görüşüb.
Hakan Fidan bu gün Pekin görüşlərini tamamlayaraq Urumçi şəhərinə yola düşüb. O, Sincan Uyğur muxtar bölgəsini də ziyarət edəcək. Bu, Türkiyənin dövlət rəsmiləri qismində Prezident Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə bölgəyə səfərindən sonra ilk ziyarətdir.
Səfər iyunun 5-də başa çatacaq.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...