Həddindən artıq istilər İtaliyaya təsir edib
Afrikadan gələn isti hava dalğası səbəbindən paytaxt Romada termometrlər 40-42 dərəcəni göstərib.Buna görə bu gün ölkənin 11 şəhərində "qırmızı" xəbərdarlıq edilib.
Dörd rəng kateqoriyasında hava istiliyində risk səviyyəsini təyin edən Səhiyyə Nazirliyinin bu gün üçün ən yüksək “qırmızı” kateqoriyası artıq 7 şəhərdə təsirini göstərməyə başlayıb.
Tarixi məkanları ziyarət etməyə gələn turistlərin günəşdən qorunmaq üçün əllərində çətir götürdükləri və su almaq üçün fəvvarələr qarşısında uzun növbələr yarandığı görüntülənib.
Romanın turistik yerlərindən biri olan tarixi İspan pilləkənlərinin yüksək temperatur səbəbindən boş qaldığı müşahidə edilib. İnsanlar şəhərdəki fəvvarələrdən axan suda, xüsusilə İspan pilləkənlərinin qarşısındakı Barcaccia bulağında sərinləməyə çalışıblar.
Paytaxtın simvolik tikililərindən biri olan tarixi Kolizeyi görməyə gələn ziyarətçilərin sərinləməsi üçün cərgələrə iri ventilyatorlar qoyulub, onları günəşdən qorumaq üçün portativ çadırlar qurulub.
Afrikadan qaynaqlanan həddindən artıq istilər səbəbilə Səhiyyə Nazirliyi bu gün yüksək risk xəbərdarlığı çərçivəsində daha 4 şəhəri "qırmızı" kateqoriyaya daxil edib və insanları istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Ümumilikdə isə Roma, Florensiya, Boloniya, Kampobasso, Frozinone, Latina, Perugia, Pescara, Rieti, Trieste və Viterbo üçün "qırmızı" xəbərdarlıq elan edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...