2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Gürcüstanın Acarıstan bölgəsində torpaq sürüşməsi baş verib

20-12-2024
IMG

Güclü yağışlar və qar Gürcüstanın Acarıstan bölgəsində ciddi problemlər yaradıb.

Fhnews.az xəbər verir ki, güclü leysan yağışları nəticəsində Acarıstanın Şuaxevi bələdiyyəsinin mərkəzi avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Xulo, Şuaxevi, Keda və Xelvaçuri bələdiyyələri ərazilərində xüsusi texnikalar yolun bərpası işlərinə cəlb olunub.

Bundan başqa, yolların qardan təmizlənməsi işləri də aparılır.

Magistral yolda avtomobillərin hərəkəti tam dayandırılıb, bəzi ərazilərə elektrik enerjisi və təbii qazın verilməsində problemlər yaranıb.

Paylaş: