Gürcüstanda qocalar evində baş verən yanğında iki nəfər ölüb
Gürcüstanın Mtsxeta-Mtinate rayonunun Muxrani kəndindəki “Muxranis Savane” özəl qocalar evində yanğın baş verib. Nəticədə iki ahıl insan ölüb.
Fhnews.az xəbər verir ki, yanğın nəticəsində ağır xəsarətlər alan daha iki yaşlı insan xəstəxanaya yerləşdirilib. Gürcüstan Səhiyyə Nazirliyi və Dövlət Qəyyumluq Agentliyi həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Səhiyyə naziri yaralılara baş çəkib.
Qocalar evinin qalan sakinləri isə müvafiq müayinələrdən keçərək, başqa sığınacaqlara köçürülüblər və onlara bütün lazımi xidmətlər göstərilib.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...