Gürcüstanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub
İyulun 22-də Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Fhnews.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 12:08-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.9-a bərabər olub.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...