Gürcüstanda alpinisti ildırım vurub
Gürcüstanın Svaneti bölgəsinin Şxelda dağının zirvəsində, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə alpinisti ildırım vurub.
Fhnews.az xəbər verir ki, alpinistlər zirvəyə qalxarkən güclü yağış və tufana düşüblər. Onlardan Arçil Badriaşvilini ildırım vurub. Çətin şəraitdə qalan üç alpinist isə xilasedicilər tərəfindən təxliyə olunublar.
Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsinin əməkdaşları bu gün həlak olmuş alpinistin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...