2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlı abituriyentlərin yarıdan çoxu dövlət qrantı qazanıb

13-09-2024
IMG

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) universitetə hazırlıq kursunun 31 abituriyenti müxtəlif dövlət universitetlərinin tələbəsi adını qazanıb. Onlardan 17 nəfəri dövlət qrantı qazanaraq tam ödənişsiz ali təhsil almaq imkanı əldə edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, abituriyentlərdən Murad Budaqov mümkün 80 baldan 74 bal toplayaraq qəbul imtahanında azərbaycanlılar arasında ən yüksək nəticə göstərib.

O, təəssüratını bu cür ifadə edib: “Ətrafında rəqabət apara biləcəyin potensiallı insanlar varsa, sağlam rəqabət ən böyük stimuldur. Xəyallarımı reallaşdırmağın yalnız bir yolu var idi - o da mükəmməl təhsil. Mən bunu bacardım”.

Paylaş: