Gürcüstan və Özbəkistan XİN başçıları Orta Dəhliz və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili özbək həmkarı Bəxtiyor Saidov ilə görüşüb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Gürcüstan və Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetirilib. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı istiqamətində iki ölkə arasında fəal əməkdaşlığın davam etdiyi vurğulanıb.
Tərəflər, həmçinin regionda təhlükəsizlik problemlərini müzakirə ediblər və sülhün təşviqinin vacibliyini vurğulayıblar.
Gürcüstanın xarici işlər naziri ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığını bildirib.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...