2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Günəşdə partlayışdan sonra güclü geomaqnit qasırğası yaranıb

15-05-2024
IMG

Amerika Birləşmiş Ştatları Beynəlxalq Okean və Atmosfer İdarəsi Günəşin səthində şiddətli partlayış qeydə alıb.

Fhnews.az xəbər verir ki, partlayışdan sonra güclü geomaqnit qasırğası yaranıb.

Partlayış Günəşdə böyük qarışıq ləkə əmələ gətirib.

Bildirilib ki, baş vermiş hadisə Yerdə yüksəkgərginlikli cihazların işində axsamalara gətirib çıxaracaq.

Qeyd edilib ki, sözügedən fırtına səbəbindən peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqlar ola bilər və bu problem bir neçə saat çəkə bilər.

Həmçinin NASA Günəşdə baş verən partlayışın fotosunu da yayımlayıb.

Paylaş: