Günəşdə növbəti püskürmə müşahidə olunur
Bu həftə Yer kürəsində radio rabitəsində problemlər yarana bilər.
Fhnews.az "Daily Mail"ə istinadən xəbər verir ki, NASA Günəşdə tünd plazmanın püskürməsini qeydə alıb.
"Soyuq püskürmə elektrik şəbəkəsində dəyişkənliyə gətirib çıxara bilər. Bu, radio, aviasiya və peyk rabitəsinin pozulmasına və Yer kürəsində elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər", - məlumatda bildirilir.
Mütəxəssislərin fikrincə, tünd plazmanın püskürməsi ilə hər şey bitməyəcək. Növbəti 24 saat ərzində yeni ortasəviyyəli Günəş püskürmələrinin başvermə ehtimalının 60%-ni təşkil edir.
Qeyd edək ki, tünd plazma isti plazmadan daha aşağı temperatura malikdir. Onun temperaturu Farenheyt şkalası ilə 36 min dərəcəyə yaxındır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...