Günəş istiliyi seysmik aktivliyə səbəb olur
Alimlər müəyyən ediblər ki, günəşdən gələn istilik atmosfer temperaturunun dəyişməsinə səbəb ola bilər ki, bu da seysmik aktivliyə təsir edir.
“Chaos” elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, Yaponiyanın Tsukuba Universiteti və Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları günəş istiliyinin Yerin tektonik hərəkətliliyinə mümkün təsirini araşdırıblar.
Tədqiqatçılar zəlzələ məlumatları, günəş aktivliyi və səth temperaturu əsasında riyazi modelləri tətbiq etməklə müşahidə ediblər ki, günəş istiliyi atmosfer temperaturunda dəyişikliklərə səbəb olur ki, bu da suxurların xüsusiyyətlərinə və yeraltı suların hərəkətinə təsir göstərə bilər.
Tədqiqat qrupunun üzvü Matheus Henrique Junqueira Saldanha günəşdən gələn istiliyin atmosferin temperaturunu artıra biləcəyini, qayaları kövrək və çatlamağa meyilli etdiyini deyib. Saldanha həmçinin qeyd edib ki, günəşdən gələn istilik yeraltı suların hərəkətliliyinə təsir edərək tektonik plitə sərhədlərində təzyiqi dəyişə bilər.
Araşdırmadan zəlzələləri tətikləyən faktorlar haqqında daha çox məlumat əldə etməyi ümid etdiklərini ifadə edən Saldanha, "İstilik və su daha çox yer qabığının üst qatlarını təsir etdiyi üçün bu məntiqlidir. Bu amillər zəlzələlərin əsas hərəkətverici qüvvələri olmasa da, seysmik aktivliyi təxmin etməyə kömək edə bilər"-deyə fikirlərini əsaslandırıb.
Digər tərəfdən, bu işin səthə yaxın zəlzələlərin proqnozlaşdırılmasını asanlaşdıra biləcəyi ifadə edilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...