Güclü fırtına ABŞ-da ciddi problemlərə yol açıb
ABŞ-nın bir çox ştatlarında əlverişsiz hava şəraiti səbəbindən ölkənin mərkəzi və cənub-şərq bölgələrində 200 mindən çox insanın işıqsız qaldığı açıqlanıb.
Şimali və Cənubi Karolina ştatlarının bəzi bölgələrində qasırğa ehtimalına hazırlaşmaq üçün xəbərdarlıq edilib.Meteoroloqlar leysan yağışların həftənin sonuna qədər ölkənin qərb bölgələrinə də təsir edə biləcəyinə diqqət çəkib.
Nebraskada görmə qabiliyyətini məhdudlaşdıran külək səbəbiylə lazım olmadıqca səyahət edilməməsi barədə əhaliyə xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün ABŞ-nın Missisipi ştatında əlverişsiz hava şəraiti və fırtına səbəbindən iki nəfər ölüb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...