Gənclərin İslam Oyunları 2025-ci ildə Kazanda keçiriləcək
14-16 yaşlı idmançılar üçün İslam Gənclər Oyunları 2025-ci ildə Kazanda keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Tatarıstanın idman naziri Vladimir Leonov bildirib.
“İslam dünyası ölkələrindən olan 14-16 yaşlı gənc idmançıların iştirakı ilə “İslam Gəncləri Oyunları” adlı yeni beynəlxalq multi-idman layihəsinin həyata keçirilməsi istiqamətində iş aparılır”, - o deyib.
Leonov qeyd edib ki, layihə “Rusiya - İslam dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunun iştirakçıları tərəfindən bəyənilib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) katibliyi tərəfindən dəstəklənib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...