Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib
Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə “Dəniz Mall”un qarşısında yubiley tədbiri keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş videoçarx nümayiş edilib. Sonra nazirlik tərəfindən təşkil olunmuş video müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Marry Band” qrupunun çıxışından sonra federasiyaların nümunəvi çıxışları baş tutub.
Paraplanistlərin havada nümayişi, Azərbaycan Yelkən Federasiyası, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dənizdə təşkil olunmuş nümunəvi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsi müğənnilər Rilaya və Murad Arifin ifalarında konsert proqramı ilə davam edib.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər və idmançıları nazirliyin yubileyi münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları burada quraşdırılmış ekranda birlikdə Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə baxıblar.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...