Gənclər və idman nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub
Gənclər və İdman Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zəhra Zümrüd Səlçukla görüş olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Qayıbov gənclər siyasəti və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Baş direktor isə öz növbəsində rəhbəri olduğu qurumun fəaliyyəti haqqında danışıb.
Görüşdə nazirliklə SESRIC arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...