Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Fhnews.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.
Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...