Fransanın 6 əyalətində güclü yağışlar səbəbindən daşqın xəbərdarlığı edilib
Fransa Milli meteorologiya agentliyi “Meteo France”-nin verdiyi açıqlamaya görə, “Aytor” fırtınasının təsiri altında olan ölkənin bəzi əyalətlərində bir gündə həftəlik yağan yağışların müşahidə edilməsindən sonra həyəcan təbili çalılıb.
Fransanın mərkəzi və şərq hissəsindəki Ayn, Korreze, İsere, Jura, Savoie və Yuxarı Savoya əyalətləri üçün güclü yağış və daşqın xəbərdarlığı edilib və xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.
“Meteo France” sürəti saatda 100 kilometri keçən küləklərə qarşı xəbərdarlıq edərək yağışın həyəcan siqnalının verildiyi əyalətlərə bitişik bölgələrdə də müşahidə oluna biləcəyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...