Fransada qasırğa səbəbindən qırmızı həyəcan siqnalı verilib
Fransanın Hind okeanındakı müstəmləkəsi olan Reunion adasında qasırğaya görə qırmızı həyəcan siqnalı verilib. Qasırğanın təsiri altına düşəcək adada sürəti saatda 150 kilometri keçən tufanlar və güclü yağışlar olacağı xəbərdarlığı edilib.
Reunion Qubernatorluğu ada yaxınlığında təsirli olacaq “Garance” qasırğası səbəbindən bu gün yerli vaxtla saat 19:00-dan etibarən xəbərdarlıq səviyyəsinin qırmızıya yüksəldildiyini açıqlayıb.
Fransa Meteorologiya Təşkilatı qasırğadan təsirlənəcək adada sürəti saatda 150 kilometri keçən fırtınaların və güclü yağışların olacağı ilə bağlı xəbərdarlıq edib.
Fransanın daxili işlər naziri Bruno Retalleau bildirib ki, tədbir çərçivəsində qonşu Mayottedən 100 yanğınsöndürən Reuniona göndərilib.
Xatırladaq ki, dekabr ayında Mayotte adasını vuran "Çido" qasırğası böyük dağıntılara səbəb olmuş və onlarla insan həlak olmuşdur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...