Fransada Olimpiadanın açılış mərasimi öncəsi dəmiryolu xətlərində təxribat
Fransada 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış qatar xətlərində fasilələr yaranıb. Fransanın milli dəmir yolu şirkəti “SNCF” sosial media hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı açıqlama verib.
Açıqlamada Fransanın qərbi, şimalı və şərqindəki qatar xidmətlərinin "zərərli şəxslərin hərəkətlərindən" təsirləndiyi bildirilib.
“SNCF”-nin açıqlamasına görə, bu hərəkətlərə görə qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yaranıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...