Fransada magistral yolda təyyarə qəzası olub
Dünən yerli vaxtla saat 16:00 radələrində Fransanın paytaxtı Parisin şərqində, Sena-et-Marna bölgəsində A4 magistralında təyyarə qəzası qeydə alınıb. Təyyarənin Lognes hava limanından havaya qalxdığı və qəza nəticəsində göyərtəsində olan 3 nəfərin öldüyü bildirilib.
Kiçik həcmli təyyarənin yüksək gərginlikli xəttə dəyməsi nəticəsində qəza baş verib, amma bu hadisə magistral yoldakı nəqliyyat vasitələrinə ziyan vurmayıb.
Qəzadan sonra magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanıb.
Meaux Prokurorluğu qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını açıqlayıb. Bildirilib ki, hava nəqliyyatı jandarmiyası məhkəmə-tibbi ekspertizasını aparır, Mülki Aviasiya Təhlükəsizliyi üzrə İstintaq və Təhlil Bürosu tərəfindən isə inzibati araşdırma gedir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...