Fransada isti hava xəbərdarlığı
2024-cü il Paris Olimpiya Oyunlarına ev sahibliyi edən Fransada istilər səbəbindən cənub və mərkəzi bölgələrdəki 41 əyalətdə “narıncı” xəbərdarlıq edilib. Fransanın “Meteo-France” meteorologiya agentliyinin məlumatına görə, 100 ildən sonra Olimpiadanın keçirildiyi ölkəyə isti hava dalğası təsir edir.
“Meteo-France”nın isti hava xəbərdarlığı edilən bölgələrinin siyahısına sabah İndre, Nievre, Saone-et-Luara və Jura da əlavə ediləcək və beləliklə, “narıncı” xəbərdarlıq edilən bölgələrin sayı 45-ə yüksələcək. Həftənin əvvəlindən havanın temperaturunun 35-38 dərəcə arasında olacağı və anomal istilərin iyulun 31-dək davam edəcəyi gözlənilir.
Bu şərtlərin Fransanın paytaxtı Parisdə avqustun 11-dək davam edəcək Olimpiya Oyunlarına necə təsir edəcəyi gündəmdədir və yüksək hərarətin idmançılara mümkün təsirləri narahatlıq yaradır.
Qeyd edək ki, Parisdə keçirilən və təxminən 16 milyon turistin izlədiyi olimpiya oyunlarında 206 nümayəndə heyətindən 10500 idmançı iştirak edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...