Fransada isti hava ilə əlaqədar narıncı xəbərdarlıq edilib
Fransa Meteorologiya İdarəsi bu gündən ölkənin cənubunda təsirli olacağı gözlənilən yüksək temperaturla bağlı açıqlama verib.
Aralıq dənizi sahillərindəki Voklüz, Aude, Herault, Qard, Buş-du-Rhone və Şərq Pireney adaları da daxil olmaqla 6 əyalətdə isti hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq elan edilib. Həftəsonu havanın temperaturunun ölkənin şimalına keçəcəyi təxmin edilir.
Bu gün ölkə ərazisində havanın temperaturunun 22-38 dərəcə arasında dəyişəcəyi gözlənilir. Olimpiya Oyunlarının keçirildiyi paytaxt Parisdə avqustun 10-da havanın temperaturunun səhər 30-31, axşam isə 25 dərəcə isti olacağı gözlənilir.
Parisdə avqustun 11-dək davam edəcək Olimpiya Oyunlarına isti hava şəraitinin necə təsir edəcəyi müzakirə edilir. Yüksək hərarətin idmançılara mümkün təsirlərinin narahatlıq yaratdığı bildirilir.Digər tərəfdən, avqustun 11-də ölkənin cənub-qərbində havanın temperaturunun 40 dərəcəyə yüksələcəyi bildirilir. Həftənin əvvəlində bu rayonda havanın soyuyacağı təxmin edilir.
Fransanın cənub-şərqinə təsir edəcək isti dalğasının daha qalıcı olacağı gözlənilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...