Fransada güclü tufan bir sıra fəsadlara yol açıb
Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.
Fhnews.az "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.
KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...