Fransada güclü qasırğa 14 min evi işıqsız qoyub
Fransanın cənub-şərqindəki İzere əyalətində dünən gecədən bəri təsirli olan şiddətli tufan 14 min evi işıqsız qoyub. Milli mətbuatda yer alan xəbərə görə, dünən başlayan fırtına başda Auvergne Rhone-Alpes bölgəsi olmaqla bütün Fransanı təsiri altına alıb, bölgədəki Isere əyalətində elektrik enerjisi kəsilib.
Fırtına nəticəsində ağacların kökündən qopduğu, kiçik sürüşmələrin baş verdiyi su basmış düşərgə ərazisindən 14 min insan təxliyə edilib.Auvergne Rhone-Alpes bölgəsindəki Savoie əyalətində də elektrik kəsilməsi minlərlə insana zərər verib.Fransa Meteorologiya İdarəsi “Meteo-France” fırtına ilə əlaqədar təxminən 20 əyalətdə "narıncı xəbərdarlıq" verildiyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...