Fransada fırtına xəbərdarlığı
Fransanın şimal-şərqindəki 12 əyalətdə fırtına ilə əlaqədar "narıncı xəbərdarlıq" elan edilib. Fransanın Meteorologiya Agentliyi “Meteo France” ölkənin şimal əyalətlərində günorta və axşam saatlarında təsirli olacağı gözlənilən fırtına ilə bağlı xəbərdarlıq edib. “Meteo France”nin verdiyi açıqlamada, dolu və leysan yağışlarla müşayiət olunan güclü fırtınaların cənubdan şimala təsir edəcəyi bildirilib.
Narıncı xəbərdarlığa Ardennes, Marne, Yuxarı Marn, Aube, Kot-d'Or, Yonne, Nievre, Cher, Saone-et-Luara, Luara, Puy-de-Dome və Allier daxildir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...