Fransada Dövlət Şurası vəkillərə hicab qadağasını təsdiqləyib
Yerli mətbuatda verilən xəbərlərə görə, Dövlət Şurası Fransa Milli Vəkillər Kollegiyasının vəkillər üçün müxtəlif simvollar, o cümlədən hicabları qadağan edən təklifi qəbul etməsinə etirazı dəyərləndirib.
Şura bu həftənin əvvəlində etirazla bağlı verdiyi qərarda vəkillik peşəsini tənzimləyən qanunun 3-cü maddəsinin vahid geyimi öhdəsinə götürdüyünü və bu peşə ilə məşğul olanların fərqli simvollar taxmasına mane olduğunu müdafiə edib.
Bütün vəkillərin vahid geyimdə olmasının onların müvəkkillərinin mənafeyini müdafiə etməkdən başqa hər hansı şəxsi üstünlüklərini əks etdirməsinə mane olduğunu bildirən Dövlət Şurası vəkillər üçün vahid geyimin mühakimə olunanlar arasında bərabərliyin təmin edilməsinə kömək etdiyi və bunun “ədalətli məhkəmə araşdırması hüququnun zəruri şərti” olduğu qənaətinə gəlib.
Qeyd edək ki, Fransa Milli Vəkillər Kollegiyası 2023-cü ilin sentyabrında vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul edib.Vəsatət vəkillərə paltarlarından başqa fərqləndirici simvollar taxmağın qadağan edilməsini ehtiva edirdi.
Fransa Hüquqşünaslar Birliyi qadağanın vəkillərin müstəqilliyini pozduğunu əsas gətirərək bu qərarı dayandırmaq üçün Dövlət Şurasına müraciət etmişdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...