Fransada 400 hektardan çox meşə sahəsi yanıb
Fransanın Herault əyalətində baş verən meşə yanğınlarında 400 hektardan çox əraziyə ziyan dəyib.Yanğın ölkənin cənub sahillərində yerləşən Herault əyalətində biri Qardiole massivində, digəri isə Nissan-lez-Enserunes şəhərində olmaqla iki yerdə baş verib.
Qardiole massivində yerləşən Gigean qəsəbəsində 450 yanğınsöndürən vertalyotla yanğının söndürülməsinə dəstək verərkən, A9 şossesi yaxınlığına keçən alov nəzarət altına alınıb.Söndürmə işlərində Frontignandakı bəzi özəl hovuzlardan da istifadə edilib və müdaxiləyə baxmayaraq 340 hektar ərazi yanıb.
Digər tərəfdən, gecə saatlarında Gigeandan 60 kilometr aralıda yerləşən Nissan-lez-Enserunedə yanğın baş verib.220 yanğınsöndürən, 2 vertalyot və bir yanğınsöndürmə təyyarəsi ilə Nissan-lez-Enserunedəki yanğına müdaxilə səyləri davam edir.Qeyd edək ki, indiyədək 60 hektardan çox ərazi yanıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...