2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Fransa Paralimpiya Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.

21-08-2024
IMG

28 avqust- 8 sentyabr tarixləri arasında Fransanın ev sahibliyi edəcəyi 2024 Paris Paralimpiya Oyunları üçün təhlükəsizlik tədbirləri gücləndirilib.Yarışlar zamanı təxminən 25 min polis vəzifə başında olacaq. 
Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin mətbuata açıqlama verib.Darmanin həmçinin Qəzzaya davam edən hücumları səbəbiylə tənqidlərə məruz qalan İsrail paralimpiya heyətinin təhlükəsizliyinin Olimpiya Oyunlarında olduğu kimi təmin ediləcəyini deyib.

Qeyd edək ki, Paralimpiya Oyunlarının açılış mərasimi avqustun 28-də Konkord meydanında Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbəri olmuş Tomas Jollinin rəhbərliyi ilə keçiriləcək.Oyunlar yeni hökumətin formalaşması ərəfəsində Fransada siyasi arenanın aktiv olduğu bir vaxtda baş tutacaq.
26 iyul - 11 avqust tarixləri arasında 2024 Paris Olimpiadasında 206 nümayəndə heyətindən 10 min 500 idmançı iştirak edib və yarışlar zamanı 35 min polis məmuru vəzifə başında olub.

Paylaş: