Formula 1 Türkiyə və ŞKTC idmansevərlərinin diqqət mərkəzindədir
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) idman ictimaiyyətinin diqqəti “Formula 1 Qatar Aiways Azərbaycan Qran-Prisi 2024”ə yönəlib.
Fhnews.az xəbər verir ki, avtomobil idmanı dünyasının ən mötəbər yarışlarına olan marağı nəzərə alaraq, Türkiyədə və ŞKTC-də aparıcı idman nəşrləri, qəzetlər, xəbər resursları və telekanallar Bakıda keçiriləcək yarışların təqvimi barədə tamaşaçıları və oxucuları ətraflı məlumatlandırıb.
Qardaş ölkələrin media strukturları Formula 1 Azərbaycan Qran-Prisinin şəhər trekində artıq bir neçə ildir keçirilməsi faktını vurğulayıb.
Xəbərdə qeyd olunur ki, yarışlar həftəsonu çərçivəsində biletləri çoxdan satılan iki sinifdə - Formula 1 və Formula 2 üzrə təşkil olunur.
Bildirilir ki, hazırkı Formula 1 yarışları Azərbaycan tarixində sayca səkkizincidir. Məlumatlarda Bakıda möhtəşəm yarışlarda iştirak edən pilotların və komandaların siyahıları yer alıb.
Formula 1 mövsümünün 17-ci mərhələsinin yarışlarını yayımlayan kanalların siyahısı da təqdim olunub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...