Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb.
Fhnews.az xəbər verir ki, yarışda 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...