Formula 1 Azərbaycan Qran-Prisi 2025 üçün paddok tikintisi başlayıb
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.
BŞH Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edib, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...