Finlandiya ilə Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Helsinki Azərbaycan evində Finlandiyada yaşayan azərbaycanlı həkimlərin iştirakı ilə tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.
Tədbir zamanı Azərbaycan səhiyyəsində bilik mübadiləsi və gələcəkdə həyata keçirilməsi mümkün ortaq layihələr kimi aktual mövzular müzakirə olunub. Peşə təcrübələrini bölüşən həkimlər ölkəmizin səhiyyə sahəsində həyata keçirilməsi vacib olan yeniliklərdən danışıblar.
Görüş iştirakçıları Finlandiyanın rəqəmsal səhiyyə sistemləri, ailə həkimliyi və icmalararası səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin Azərbaycan üçün faydalı ola biləcəyini vurğulayıblar.
Qeyd edək ki, tədbirin həyata keçirilməsinin əsas məqsədi Finlandiya ilə Azərbaycan arasında səhiyyə sahəsində daha dərin əlaqələr yaratmaq, təcrübə mübadiləsi aparmaq, Finlandiyanın qabaqcıl səhiyyə təcrübələrini öyrənmək və bu bilikləri Azərbaycanda tətbiq etmək, ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltməyə töhfə verməkdir.
Sonda Finlandiyada yaşayan fəal gənclərimizdən biri olan Pərvin Qəhramani bəstələdiyi əsəri səsləndirib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...