Filippində vulkan püskürməsinə görə 87 min insan təxliyə ediləcək
Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı bu il ikinci dəfə püskürüb. Partlayışdan sonra təxminən 87 min insanın bölgədən təxliyə ediləcəyi açıqlanıb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Kanlaon vulkanının aktivləşdiyini açıqlayıb.
Açıqlamada vulkanik fəaliyyətin təxminən 4 dəqiqə davam etdiyi və vulkandan 3 min metr yüksəkliyə kül səpildiyi bildirilib. Açıqlamada Kanlaon vulkanı üçün həyəcan səviyyəsinin 2-dən 3-ə qaldırıldığı açıqlanıb və gələcəkdə vulkanda daha çox püskürmələrin ola biləcəyi xəbərdarlığı edilib.
Filippin Mülki Müdafiə İdarəsindən verilən açıqlamada vulkanın ətrafındakı 6 kilometrlik ərazidən 87 min insanın təxliyə ediləcəyi açıqlanıb.
Açıqlamada Neqros adasındakı vulkanın püskürməsi nəticəsində insan itkisinin olmadığı, bölgədə daha çox püskürmələrin olacağı ilə bağlı həyəcan siqnalı verildiyi bildirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...