2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Filippində  qırıcı təyyarənin qalıqları və 2 pilotun cəsədi tapılıb

05-03-2025
IMG

Ötən gün Filippində yoxa çıxan qırıcı təyyarənin qalıqları və 2 pilotun cəsədi ölkənin cənubunda tapılıb.

Xatırladaq ki, üsyançılarla mübarizə aparmaq üçün cənubdakı Bukidnon şəhərinə göndərilən Filippinin FA-50 döyüş təyyarəsi ilə dünən axşam əlaqə kəsilib.

Bölgəyə göndərilən axtarış-xilasetmə qrupları döyüş təyyarəsinin qalıqlarını və iki pilotunun cəsədini Kalatunqan dağındakı meşəlik ərazidə tapıb.

Filippin Hərbi Hava Qüvvələri  FA-50-dəki 2 pilotun təyyarə düşərkən atılma üsulu ilə xilas olub-olmamasının hələ aydın olmadığını açıqlayıb.

Ölkə mətbuatında insidentlə bağlı araşdırmaların davam etdiyi və Filippin Hərbi Hava Qüvvələri  inventarında olan FA-50 döyüş təyyarələrinin dayandırıldığı bildirilib.

Polkovnik Consuelo Castillo  qəzanın səbəbi ilə bağlı qəti bir şey deyə bilməyəcəklərini və hərtərəfli istintaq prosesi ilə əsl səbəbi müəyyən etməyə çalışacaqlarını açıqlayıb.

Paylaş: