Filippində artan dang qızdırması ilə əlaqədar tədbirlər görülür
Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Quezon şəhərində dang qızdırması hallarında ciddi artım var.Hökumətin məlumatına görə, fevralın 24-də şəhərdə 2500-dən çox fakt aşkarlanıb.
Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artımdan xəbər verir.İlin əvvəlindən ən azı 11 nəfər dünyasını dəyişib, xəstələrin demək olar ki, yarısı 10 yaşa qədər uşaqlardır.
Epidemiya ilə mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aztəminatlı və əhalinin sıx məskunlaşdığı ərazilərdə və məktəblərdə təmizlik və dezinfeksiya işlərini gücləndirib.
Bütün şəhərdə dezinfeksiya işləri davam edərkən səhiyyə ocaqlarının iş saatları uzadılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...