Filippin sahilində güclü zəlzələ olub
Filippin sahilində 7,1 maqnitudalı zəlzələ olub.
Fhnews.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Mindanao adasının Zamboanqa şəhərindən 148 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 621 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...