2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib

26-09-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Ehtimal edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda müşavirə keçirib.

Müşavirədə FHN-in Sumqayıt Regional Mərkəzinin və nazirliyin yerli qurumlarının, Sumqayıt şəhərində fəaliyyət göstərən iri sənaye və istehsalat müəssisələrinin SƏTƏM üzrə bölmə rəhbərləri, eləcə də idarə və təşkilatların mülki müdafiə qərargah rəisləri iştirak ediblər.

Əvvəlcə, tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda qüdrətli dövlətə çevrildiyini iftixar hissilə dilə gətirib.

Sözünə davam edən Mərkəzin rəisi vurğulayıb ki, dünya sənayesinin inkişafı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqətin ayrılmasını tələb edir. Bu kontekstdə V.Fətullayev Sumqayıt şəhərində yerləşən iri sənaye və istehsalat müəssisələrində keçirilmiş monitorinqlərin nəticəsi barədə geniş məlumat verib.

Tədbirdə çıxış edənlər məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzları və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı iri sənaye və istehsalat müəssisələrinin, insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti barədə məlumat veriblər. Həmçinin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində birgə əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş: