FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Meşələrin, flora və faunanın qorunması” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli icra və özünüidarəetmə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb. Bu sahədə FHN-in Şimal Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.
Sonra FHN-in Şimal Regional Mərkəzinin rəis müavini polkovnik Elnur Xanbabayev fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra Nazirliyin regionda yerləşən aidiyyəti qurumlarının nümayəndələri çıxış ediblər.
Seminar-müşavirədə Şabran və Siyəzən rayonları üzrə meşə yanğınlarının, eləcə də digər fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr geniş müzakirə olunub, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...