2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

FHN-in nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel sessiyasında iştirak ediblər

26-09-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri “ADEX-2024” 5-ci yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel sessiyasında iştirak ediblər.

Sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Xüsusi icazə və Dövlət reyestri şöbəsinin müdiri Vəfa Nadirova “Radiasiya təhlükəsizliyi” mövzusunda təqdimatla çıxış ediblər.

Panel sessiyasını açan Agentliyin rəis müavini Əkbər Quliyev məruzəçiləri təqdim etdikdən sonra mövzunun aktuallığını və Agentliyin bu sahədə fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb.

Agentliyin şöbə müdirləri İlham Sadıqov və Vəfa Nadirova ionlaşdırıcı şüalanma, radiasiya təhlükəsizliyinin prinsipləri, ionlaşdırıcı şüalanmadan qorunma üsulları, fiziki mühafizə, onun təşkili və nəzarəti, bu sahədə qanunvericilik tələbləri barədə dinləyicilərə məlumat veriblər.

Sonda təşkilatçılar tərəfindən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin panel sessiyasında iştirak edən əməkdaşlarına sertifikatlar təqdim edilib.

Paylaş: