2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

26-02-2025
IMG

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımı haqqında danışaraq bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğu vurğulanaraq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət ilk dəfə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə verilib. Məhz bunun nəticəsi olaraq Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanları və şəhidlərimizin intiqamını döyüş meydanında alıb.

Tədbirin sonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx nümayiş olunub.

Paylaş: