2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

04-11-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin regional mərkəzlərinin mülki müdafiə idarələrinin məsul vəzifəli şəxsləri ilə mülki müdafiə sahəsində 2024-cü il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş səhra şəraitində toplantı keçirilib.

Toplantının məqsədi FHN-in regional mərkəzlərinin əhatə etdiyi ərazilərdə mülki müdafiənin idarəetmə orqanlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətinin təşkili və onların birgə fəaliyyət mexanizminin işlənilməsi, rabitə və xəbərdarlıq sistemlərinin dayanıqlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin tətbiqi, sığınacaqların və mülki müdafiənin digər obyektlərinin hazırlıq vəziyyətində saxlanılması, əhalinin radiasiya, kimya və bioloji mühafizəsinin təşkili, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi, mülki müdafiə təlim və məşqlərinin keçirilməsi, həmçinin mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, 2024-cü ildə görülmüş işlərin yekunu, 2025-ci il üçün tapşırıqların müəyyən edilməsi və digər mülki müdafiə məsələlərinin müzakirəsi olub.

Tədbirdə göstərilən istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Həmçinin, tədbir çərçivəsində Cənub Regional Mərkəzi tərəfindən keçirilən kompleks mülki müdafiə təliminin praktiki hissəsi izlənilib. Təlim üzrə əməliyyat qərargahının fəaliyyətinin təşkili, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin müxtəlif şəraitlərdə fəaliyyəti, qəza-xilasetmə əməliyyatının təşkili və aparılması, ağır texnika və xüsusi vasitələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqların yerinə yetirilməsi qaydaları və digər elementlər təhlil edilib.

Yekunda 2024-cü il ərzində görülmüş işlərə dair hesabatlar dinlənilib, 2025-ci ildə Nazirliyin regional mərkəzlərinin mülki müdafiə sahəsində qarşılarında duran məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Paylaş: