2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

FHN-in komandası yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında yüksək nəticə göstərib (video, foto)

11-09-2024
IMG

5-11 sentyabr 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
Yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.

Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.

Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.

Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.

Paylaş: