2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

19-08-2024
IMG

17-18 avqust 2024-cü il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində I Dünya Korporativ Oyunları keçirilib.

Yarışlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.

Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası beş oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “Elektroprofsoyuz” komandasına 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.

Basketbol yarışlarında A finalında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası isə bürünc medal qazanıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov stolüstü tennis üzrə qarışıq komanda yarışlarında gümüş medal əldə etməyi bacarıb.

Paylaş: