2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı qol güləşi üzrə ölkə çempionatında qızıl medal qazanıb

24-02-2025
IMG

22-23 fevral 2025-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə qol güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçirilib.

Çempionatda müxtəlif çəki dərəcələri üzrə 200-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli sağ və sol qol üzrə 4 görüş keçirərək bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Rəşad Kəsəmənli qol güləşi üzrə Bakıda keçiriləcək Dünya çempionatına lisenziya qazanıb.

Paylaş: