FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə İmişli rayon Yanğından Mühafizə Hissəsinin 86 nömrəli Yanğından Mühafizə Bölməsində növbəti “açıq qapı günü” keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Cəbrayıl rayon məktəbliləri və müəllimlər, həmçinin Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydaları və bölmənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, məktəblilər fövqəladə hallar zamanı istifadə edilən zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...