FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqə tibb müəssisəsinin şəxsi heyəti cəlb edilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən işçilərin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, əhalinin təhlükəsizlik və müdafiə dərəcəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...