2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

FHN Akademiyasında “Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” mövzusunda konfrans keçirilib

06-03-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin Akademiyasında “Azərbaycan qadınının milli təhlükəsizliyimizin qorunmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir xüsusi təyinatlı təhsil müəssisələrinin xanım əməkdaşlarının iştirakı ilə keçirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Baba Salayev, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, idarə rəisi Azadi Quliyev, təhsil məsələləri üzrə sektor müdiri Cabir Həsənov, respublikamızın xüsusi təyinatlı ali təhsil ocaqlarının nümayəndələri, eləcə də Akademiyanın professor-müəllim heyəti iştirak edib.

Konfransda çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev Azərbaycan qadınının xalqımızın mənəvi dəyərlərinin qorunmasındakı müstəsna xidmətlərindən danışıb, həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdəki fəaliyyətlərinin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ailə institutumuzun qorunub saxlanmasında, sağlam və vətənpərvər ruhlu gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətləri olan Azərbaycan qadınları tarixin həlledici məqamlarında mətinlikləri ilə böyük nümunə göstəriblər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdə Azərbaycan qadının da payı var.

Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas bütün müsbət keyfiyyətləri özündə cəmləşdirdiyini vurğulayaraq, Azərbaycan xanımının əsl siması olduğunu qeyd ediblər.

Həmçinin, nəzərə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə tutduğu özünəməxsus yeri daim qeyd edir, onlara xüsusi diqqətlə yanaşırdı. Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların sosial müdafiəsinin daha da gücləndirilməsi, hüquqlarının etibarlı şəkildə qorunması istiqamətində mühüm addımlar artılır.

Sonra konfrans iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonda konfransa qatılan xanım iştirakçılara sertifikatlar, gül dəstələri və hədiyyələr təqdim olunub.

Paylaş: