Fevralın 13-də Belçikanın Şarlerua hava limanında bütün uçuşlar təxirə salınıb
Belçikanın Şarlerua Hava Limanında işçilərin tətili səbəbilə cümə axşamı həyata keçirilməsi planlaşdırılan bütün reyslər ləğv edilib. Verilən məlumata görə, tətil və Brüsseldə planlaşdırılan nümayiş səbəbiylə hava limanında əməliyyatların təhlükəsiz davamını təmin etmək üçün kifayət qədər personalın olmayacağı və bu səbəbdən Şarlerua hava limanından bütün uçuşların ləğv edildiyi qeyd edilib.
Qeyd olunan tarixdə yalnız Şengen bölgəsindən hava limanına uçuşların ediləcəyi, hava yolu şirkətlərinin vəziyyətdən təsirlənəcək sərnişinlərlə əlaqə saxlayacağı bildirilib.
Brüssel hava limanı da dünən oxşar qərar qəbul edib. Digər tərəfdən, bütün həmkarlar ittifaqlarının ümumi çağırışı ilə fevralın 13-də Belçikanın hər yerində tətil və böyük nümayiş olacaq.
Həmkarlar ittifaqları ölkədə yeni qurulan hökumətin sosial xərclərdə etməyi planlaşdırdığı ixtisarları və həyata keçirəcəyi qənaət siyasətini sərt şəkildə tənqid edir. Bu çərçivədə hər ayın 13-də birgə etiraz aksiyaların keçirilməsi planlaşdırılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...