2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb

06-03-2025
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, “Açıköğretim” təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 166, Ukraynadan 158, Türkiyədən 148, Belarusdan 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstandan 12, ABŞ-dan 6, Polşadan 6, Qırğızıstandan 4, İsveçdən 3, Niderlanddan 3, Pakistandan 3, İspaniya, İtaliya, Malayziya, Mərakeş və Tacikistandan hər bir ölkə üzrə 2, Almaniya, Belçika, Cənubi Afrika Respublikası, Çin, Fransa, İsveçrə, Kanadadan, Koreya Respublikası, Latviya, Nigeriya, Özbəkistan və Qazaxıstandan hər bir ölkə üzrə 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciətlər hüquqşünaslıq (128), tibb (52), yanğın təhlükəsizliyi mühəndisliyi (43), həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (39), stomatologiya (27) ixtisasları üzrə qeydə alınıb.

Paylaş: