Faktiki hava: Qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib
Noyabrın 3-ü saat 12:00-a olan məlumata əsasən, qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda saniyədə 19 metr, Bərdə, Naftalan və Ağdamda saniyədə 18 metr, İsmayıllı, Qobustan, Tərtər və Mingəçevirdə saniyədə 16 metr təşkil edir.
Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Noyabrın 4-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin noyabrın 4-də gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...